image-n1karobka_ads
image-6990a87902e8bd6add1778a0backend

Putin Pezeşkiana təbrik göndərdi

Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Masoud Pezeshkiana İslam İnqilabının ildönümü münasibətilə təbrik məktubu ünvanlayıb.

Doğru.az xəbər verir ki, bu barədə İran liderinin mətbuat xidməti məlumat yayıb.

Bəyanatda bildirilib ki, Vladimir Putin mesajında İran və Rusiya arasında münasibətlərin dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslandığını vurğulayıb.

O, həmçinin qeyd edib ki, Moskva Tehranın suverenliyini və qanuni maraqlarını qorumaq, eləcə də ölkənin təhlükəsizliyini təmin etmək istiqamətində atdığı addımları dəstəkləyir.

Rusiya Prezidenti iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, Putin bundan əvvəl Rusiyanın İrandakı səfiri Aleksey Dedova “Cəsarət” ordeni təqdim edib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki