Rusiya prezidenti Vladimir Putin Türkmənistana işgüzar səfərə gəlib.
Rusiya prezidenti Aşqabadda “Zamanlar və sivilizasiyalar münasibətləri – sülh və inkişafın əsası” adlı beynəlxalq forumda iştirak edəcək. Tədbir türkmən klassiki, şair-mütəfəkkir Məqtimqulu Fraqinin anadan olmasının 300 illiyinə həsr olunub.
Bundan əvvəl Putinin Türkmənistana səfəri çərçivəsində İran prezidenti Məsud Pezeşkianla görüşəcəyi bildirilirdi.
Rusiya lideri oktyabrın 18-də Moskvada keçiriləcək BRİKS biznes forumunda da çıxış etməyi planlaşdırır.
Mənbə RİA Novosti