image-n1karobka_ads
image-123
image-1677128325_qarababackend

“Qarabağ”ın heç-heçəsi Azərbaycanın xalını artırdı

image-ad_qayo_720x110px

Avrokuboklarda dünən keçirilən matçlardan sonra yeni UEFA reytinqi açıqlanıb.

Oxu.Az xəbər verir ki, “Qarabağ” Azərbaycana növbəti xalları qazandırıb.

“Atlılar” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa təmsilçisi “Rakuv”la evdə 1:1 hesablı heç-heçə edərək buna nail olub. Bakı Olimpiya Stadionunda baş tutan görüşdə qeydə alınan bərabərlik ölkə reytinqinə 0,125 xal əlavə olunmasına imkan verib. Beləliklə, ölkənin cari mövsümdəki xallarının sayı 1-ə çatıb.

Son 5 mövsümdəki ümumi xallarının sayı 15,250-yə çatan Azərbaycan reytinqdə 29-cu pillədə qalıb. Bir addım irəlidə olan Sloveniya 16,250 reytinq xalına malikdir.

Sıralamaya 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71,569) üçüncüdür.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki