image-n1karobka_ads
image-123
image-1759491210153519977_1200x630backend

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Aqrar Tədqiqatlar Mərkəzində olub

image-ad_qayo_720x110px

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən Aqrar Tədqiqatlar Mərkəzində (ATM) kənd təsərrüfatında elektron ticarətin inkişafı mövzusunda Qazaxıstandan gəlmiş nümayəndə heyəti ilə görüş keçirilib.

Doğru.az xəbər verir ki, görüşdə Mərkəzin direktor müavini Namiq Şalbuzov, Diaqnostika və strateji planlaşdırma bölməsinin əməkdaşı Müşfiqə Məmmədova, Qazaxıstan tərəfdən isə Margulan Universitetinin elmi işlər üzrə prorektoru, iqtisad elmləri doktoru, professor Esengeldin Bauyrjan, Buketov Universitetinin İdarəetmə kafedrasının müdiri, fəlsəfə doktoru Aidos Abayev və Turan-Astana Universitetinin doktorantı Azamat Janseytov iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, görüş Qazaxıstanın “Kənd təsərrüfatında elektron ticarətin inkişafının stimullaşdırılması üçün iqtisadi mexanizmlər” layihəsi çərçivəsində baş tutub. Namiq Şalbuzov Mərkəzin dövlət siyasətinin həyata keçirilməsində, elmi-tədqiqat işlərinin aparılmasında və tədqiqatçıların yetişdirilməsində rolundan danışıb.

Qonaqlar isə təmsil etdikləri qurumlar və layihələr barədə məlumat verərək, elektron ticarətin fəallaşdırılması üçün qabaqcıl texnologiyalardan və iqtisadi stimullardan istifadə olunmasının vacibliyini vurğulayıblar.

Görüş zamanı “Kənd Təsərrüfatı üzrə Elektron Qiymət İnformasiya Sistemi” barədə də ətraflı məlumat verilib. Eyni zamanda, gələcək əməkdaşlıq perspektivləri, birgə elmi-tədqiqat işlərinin aparılması, akademik heyətin təcrübə və təhsil mübadiləsi, elmi nailiyyətlərin paylaşılması və birgə layihələrin icrası müzakirə olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki