image-2000x150px
image-123
image-ads_atlas
image-bez-imeni-2-pic_32ratio_900x600-900x600-555backend

Qazaxıstanda iki əcnəbinin mədəsində 300-ə yaxın qab narkotik tapılıb

image-728x90px

Aktau hava limanında iki əcnəbinin mədəsində 300-ə yaxın qab narkotik tapılıb.

Bu barədə Qazaxıstan Teleqraf Agentliyi (KazTAG) məlumat yayıb.

Milli Təhlükəsizlik Komitəsinin (MTK) mətbuat xidmətinin məlumatına görə, hər şey yanvarın 24-də baş verib. İki əcnəbi hava limanının binasında saxlanılaraq yoxlamaya aparılıb. Həmin sərnişinlərin qarın boşluğunun rentgen müayinəsi zamanı məlum olub ki, onların mədələrində yad cisim var.

Nəticədə əcnəbilərdən 295 ədəd tiryək tipli narkotik vasitələr aşkar edilərək götürülüb. Maddələrin ümumi çəkisi 2 kq-dan çox olub.

Mənbə: Haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki