image-n1karobka_ads
image-123
image-17591357654263214337_1200x630backend

Qazaxıstanın taxıl ixracı artıb, Azərbaycana göndəriş 2 dəfə yüksəlib

image-ad_qayo_720x110px

Bu il sentyabrın 1-dən 25-dək Qazaxıstanda yeni taxıl məhsulunun daşınması ötən ilin eyni dövrü ilə müqayisədə 14% artaraq 1 milyon tona çatıb.

Doğru.az xəbər verir ki, Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ümumi daşınmanın 258 min tonu daxili ehtiyaclara, 777 min tonu isə ixraca yönəldilib. Ötən il bu rəqəmlər müvafiq olaraq 155 min ton və 723 min ton olub.

Qonşu ölkələrə ixrac göstəricilərində də artım qeydə alınıb: Özbəkistana 31%, Tacikistana 15%, Qırğızıstana 42%, Azərbaycana isə 2 dəfə artım (12 min tona qədər) müşahidə olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki