Azərbaycanın təbiət gözəlliklərini təsviri sənət vasitəsilə tanıtmaq məqsədilə tanınmış rəssamlar və fotoqrafın iştirakı ilə Qəbələ şəhərinə etüd turu təşkil olunub. Layihənin əsas məqsədi ölkənin müxtəlif bölgələrinin gözəlliklərini sənətkarların baxışı ilə cəmiyyətə və gələcək nəsillərə çatdırmaqdır.
Tur çərçivəsində sənətçilər Qəbələnin məşhur lavanda sahələrinə səfər edərək əlvan rənglər və maraqlı kompozisiyalarla bölgənin gözəlliklərini kətana köçürüblər. Etüd zamanı ümumilikdə 16 əsər yaradılıb. Bu rəsmlərin bir hissəsi sənətçilərə şərait yaradan şəxslərə hədiyyə olunub.
Layihə yay mövsümü boyunca davam etdiriləcək və Zaqatala, Qax və digər bölgələri də əhatə edəcək. Eyni zamanda ictimai yerlərdə təşkil ediləcək canlı etüd məşqləri sayəsində incəsənətə marağın artırılması və bu sahənin inkişafına təkan verilməsi planlaşdırılır.
Layihənin kuratoru və rəhbəri sənətşünas Elçin Hüseynlidir. Turda iştirak edən rəssam və fotoqraflar:
Məhərrəm Əli
Cavid Məmmədov
Mahir Rəhimov
Elçin Mustafayev
Elmar İbrahimov
Fotoqraf: Ramin Aslanov
Bu etüd turu Azərbaycan təsviri sənətinin inkişafına yeni nəfəs gətirməklə yanaşı, ölkənin unikal təbiət mənzərələrinin sənət vasitəsilə təbliğinə də xidmət edir.
DOĞRU.AZ