image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-9-1backend

Qətərdə Leyla Əliyevanın kitabının təqdimatı keçirildi – FOTO/VİDEO

image-728x90px

28 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyi və “Katara” Mədəniyyət Şəhərciyi Fondunun təşkilatcılığı ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ərəb dilində nəşr olunmuş “Dünya yuxutək əriyir” şeirlər kitabının təqdimat mərasimi keçirilib.  

Kitabın təqdimat mərasimində “Katara” mədəniyyət şəhərciyinin Baş direktoru D-r Khalid İbrahim Əl-Sulayti, Azərbaycan Respublikasının Qətər Dövlətindəki Fövqəladə və Səlahiyyətli Səfiri Rəşad İsmayılov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türkiyə Respublikasının Qətər Dövlətindəki Fövqəladə və Səlahiyyətli Səfiri Mehmet Mustafa Göksu, həmçinin Qətərdə akkreditə olunan bir sıra ölkələrin səfirləri və diplomatik heyəti, Qətərdə fəaliyyət göstərən Media nümayəndələri, eyni zamanda Qətərdə yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak edib.

Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfiri Rəşad İsmayılov tədbirdə çıxış edərək, Leyla Əliyeva poeziyasının dərin fəlsəfi çalarlarından, özünəməxsusluğundan söz açıb və “Dünya yuxutək əriyir” kitabının ərəbcə versiyasının ilk dəfə Qətərdə təqdim olunduğunu bildirib. Səfir, oxuculara təqdim olunan bu şeirlər toplusunda “Getmə, ana”, “Hərənin öz sonu”, “Qu quşu”, “Kəpənək”, “Hər birinin sonu var”, “Pərvanə”, və digər təsirli şeirlərin olduğunu qeyd edib.

Səfir R.İsmayılov, həmçinin Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayan “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası barədə də məlumat verərək, burada əsas məqsədinin beynəlxalq birliyi Xocalı faciəsi haqda ədalətli məlumatlandırmaq olduğunu qeyd etmiş və bu kompaniya çərçivəsində dünyanın bir çox ölkələrində həyata keçirilən ardıcıl və kompleks tədbirlərin məntiqi nəticəsi olaraq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzünün ifşa olunduğunu diqqətə çatdırıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq, təqdimatı keçirilən kitabın fərqli xüsusiyyətlərindən söz açıb. Bildirib ki, Leyla Əliyeva gənc olmasına baxmayaraq, çoxşaxəli istedada malik insandır. O, gözəl, səmimi, romantik, incə ruhlu şeirlərin müəllifi, maraqlı rəssamdır. Onun bir çox rəsmləri sərgilərdə nümayiş olunub. Leyla Əliyeva Azərbaycanın ictimai həyatında özünəməxsus yer tutur. Bunların hamısını birləşdirsək deyə bilərik ki, o, incə bir ürəyin sahibidir və bu, onun şeirlərində də hiss olunur.

Günay Əfəndiyeva əlavə etmişdir ki, mədəniyyət və ədəbiyyat münasibətlərin, mədəniyyətlərarası dialoqun davam etdirilməsində mühüm rol oynayır. O, Leyla Əliyevanın ərəb dilində nəşr olunmuş və bu gün burada təqdim olunan kitabının da müasir dövrdə bu əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əminliyini bildirmişdir.

Leyla Əliyeva Azərbaycanın ictimai həyatında xüsusi yer tutur. Onun qocalara, valideyn himayəsindən məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkün ailələrinə göstərdiyi yardım və qayğı həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda yaxşı tanınır. Bütün bunları bir araya gətirsək, deyə bilərik ki, onun zərif qəlbi var və bu, onun şeirlərində, rəsmlərində, eləcə də xeyirxah əməllərində hiss olunur.

Qeyd edək ki “Dünya yuxutək əriyir…” kitabının dizaynında Leyla Əliyevanın müəllifi olduğu rəsm əsərlərindən nümunələr əks olunub.

Daha sonra, Leyla Əliyevanın həyat və yaradıcılığına həsr olunmuş qısa sənədli film nümayiş olunub.

Eyni zamanda qeyd etmək lazımdır ki, “Katara” Mədəniyyət Şəhərciyində keçirilmiş Leyla Əliyevanın ərəb dilində nəşr olunmuş “Dünya yuxutək əriyir” şeirlər kitabının təqdimat mərasimi haqqında Qətərin ingilis dilli “Gulf Times” və “The Peninsula” qəzetlərində geniş məqalələr dərc olunmuş, həmçinin “Katara” Mədəniyyət Şəhərciyinin rəsmi saytında və sosial şəbəkələrində məlumatlar yerləşdirilib.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki