Sport-Ekspress xəbər verir ki, rusiyalı futbolçu Aleksandr Qolovin “Monako”dan ayrılmaq fikrində olmadığını etiraf edib.
“Monakoda hər şeydən tam razıyam. Burada özümü lider kimi hiss edirəm. Və bu çox keçməmiş baş verdi. Son iki mövsümdə özümü aparıcı futbolçulardan biri kimi hiss edirəm”, – Qolovin bildirib.
Mayın 30-da Qolovinin 28 yaşı tamam oldu. O, 2018-ci ildən “Monako”da çıxış edir. 2023/24 mövsümündə rusiyalı moneqaskların heyətində 27 matçda iştirak edib və altı qol və altı məhsuldar ötürmə ilə yadda qalıb. Qolovinin “Monako” ilə müqaviləsi 2026-cı il iyunun 30-da başa çatır.
Mənbə: Sports.ru