2024-cü ildə keçiriləcək Avropa çempionatında qalib olmaq şansı ən çox Almaniya və İspaniya yığmalarıdır.
Bunu “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola deyib.
“Almaniya və İspaniya. İngiltərə? Qələbəyə getdikcə yaxınlaşırlar. Onların bu addımı atmasının vaxtı çatıb. Yarımmüdafiədə və hücumda çox yaxşı nəsil var. Mən Böyük Britaniyada yaşayıram, ona görə də bu komandanın necə çıxış edəcəyi ilə maraqlanıram”, – ispan mütəxəssis bildirib.
Mənbə: NTV Spor