İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola “İnter Mayami”nin futbolçusu Lionel Messinin əfsanəvi argentinalı futbolçu Dieqo Maradonadan üstün olduğunu deyib.
Qvardiola Maradona və Messini gördüyünü deyib.
“Mövsümöncəsi Asiya turunu xatırlayıram. Messi Argentinadan yorğun və sınıq gəlib. Turnirin təşkilatçısı Messini buraxmağımızı söylədi. Messi son 20 dəqiqədə het-trik etdi. Maradona güclü oyunçudu. Bağışlayın, amma Leo tamamilə fərqli bir şeydir” dedi Qvardiola.
Mənbə: NTV Spor