“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola üç klubla UEFA Superkubokunu qazanan ilk məşqçi olub.
Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Avqustun 17-nə keçən gecə Superkubok matçında “Siti” “Sevilya”nı məğlub edib. Qvardiola daha əvvəl “Barselona” (2009, 2011) və “Bavariya” (2013) ilə kuboku qazanıb.
Pireydəki Karaiskakis stadionunda keçirilən “Siti” – “Sevilya” görüşü 11 metrlik zərbələr seriyasında “Mançester Siti”nin qələbəsi ilə yekunlaşıb.
25-ci dəqiqədə İspaniya yığmasının hücumçusu Youssef En-Nesiri hesabı açıb. “Mançester Siti”nin yarımmüdafiəçisi Koul Palmer 63-cü dəqiqədə hesabı bərabərləşdirib. Görüş penaltilər seriyasına çevrildi və burada Mançesterli futbolçular daha güclü oldular. Beləliklə, “Mançester Siti” tarixində ilk dəfə UEFA Superkubokunu qazanıb.
Mənbə: TRT Spor