image-2000x150px
image-123
image-ads_atlas
image-2024-04-17t223736z_172660694_rc2m87aunr5h_rtrmadp_3_fashion-rihanna-puma-pic_32ratio_1200x800-1200x800-49257backend

Rihanna imicini kökündən dəyişib

image-728x90px

Müğənni Rihanna imicini kökündən dəyişib. 

36 yaşlı Rihanna aprelin 17-də Londonda keçirilən Fenty x Puma tədbirinə qatılıb. Müğənni ictimaiyyət qarşısına tünd qəhvəyi kombinezon, həcmli palto və uyğun idman ayaqqabısı ilə çıxıb. Məşhur görünüşünü qızıl zəncirlər, qəhvəyi çərçivələrdə sarı linzalı gün eynəyi və kütləvi sırğalarla tamamlayıb. İfaçı yeni saç rəngi, əvvəlkindən daha açıq bir neçə çalar və saç düzümü ilə çıxıb. Vizajistlər ulduza qara göz layneri və qırmızı pomada ilə makiyaj ediblər.

Rihanna bu yaxınlarda görünüşündən narazı olduğunu açıqlayıb. Müğənni etiraf edib ki, ikinci övladı dünyaya gələndən sonra sinəsini qaldırmağı düşünür. Lakin ifaçı bu məsələni hələ də hərtərəfli öyrənməyib. Rihannanın sözlərinə görə, o, əməliyyatdan qorxur.

“Mən sinələrimin əvvəlki vəziyyətinə qayıtmasını istəyirəm. İmplant istəmirəm. Mən sadəcə onun qaldırılmasını istəyirəm”, – deyə müğənni bildirib.

Mənbə: Haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki