image-ads_n1karobka_mobile
image-670d0cb8ae5ac9519250d452backend

Roma Papasının Ukrayna üzrə nümayəndəsi kardinal Zuppi Moskvaya gəlib

Roma Papası Fransiskin Ukraynadakı nümayəndəsi kardinal Matteo Zuppi Moskvaya gəlib, Müqəddəs Taxt-tacdakı məlumatlı mənbə RİA Novosti-yə bildirib.

“Səfər Vatikanın Ukrayna üçün humanitar təşəbbüsü çərçivəsində missiyanı davam etdirir”, – agentliyin həmsöhbəti bildirib.

Qeyd olunur ki, Moskvada kardinalla patriarx Kirill arasında görüş baş tuta bilər.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Rusiya Moskvanın maraqlarını və mövcud reallıqları nəzərə alaraq, Ukrayna böhranının həllinə kömək etmək istəyən hər kəslə qarşılıqlı fəaliyyətə hazırdır.

Mənbə RİA Novosti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki