Rusiya Daxili İşlər Departamenti hüquq-mühafizə fəaliyyətinə süni intellektin (AI) tətbiqinə hazırlaşır.
2024-cü ilə qədər neyron şəbəkə modellərinin öyrədilməsi və sınaqdan keçirilməsi üçün tədqiqat işlərinin aparılması və məlumat dəstlərinin hazırlanması planlaşdırılır.
2025-ci ilə qədər isə Daxili İşlər Nazirliyi süni intellektə əsaslanan iki sistem – “Klon” və “Konyunktura” inkişaf etdirmək niyyətindədir.
Hüquq-mühafizə orqanlarının maraqlarına uyğun ola biləcək videogörüntülərin saxtalaşdırılması hallarını müəyyən etmək üçün “Klon”dan istifadə olunacaq. “Konyunktura” sistemi neqativ hadisələri və fövqəladə halları proqnozlaşdırmalı, eləcə də onlara nümunəvi cavab ssenariləri etməlidir.
2023-2025-ci illər üçün Rusiya Federasiyasının daxili işlər orqanlarının fəaliyyətinə süni intellekt texnologiyalarının tətbiqi planı daxili işlər nazirinin müavini Vitali Şulika tərəfindən təsdiq edilib. Sənədin həqiqiliyini dövlət sifarişləri ilə işləyən böyük İT inteqratorunun əməkdaşı təsdiqləyib. Daxili İşlər Nazirliyi hələlik bu məlumatı şərh etməyib.
Mənbə: Gazeta.ru