image-n1karobka_ads
image-123
image-ria_8501640-pic_32ratio_900x600-900x600-71224backend

Rusiya və Afrika xarici işlər nazirlərinin payızda görüşəcəyi yer məlum olub

Rusiya payızda Soçidə Rusiya-Afrika xarici işlər nazirlərinin görüşünün keçirilməsini gözləyir.

TASS xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Biz ikinci Rusiya-Afrika sammitinin nəticələrinin həyata keçirilməsinə böyük diqqət yetiririk”, – Lavrov Mali xarici işlər naziri Abdoulaye Diop ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında qeyd edib.

Nazir qeyd edib ki, Mali Rusiya Federasiyasının Ukrayna ətrafındakı vəziyyətə verdiyi qiymətləri düzgün qəbul edir.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Afrika Departamentinin direktoru Vsevolod Tkaçenko bildirib ki, Rusiya Afrikadan olan tərəfdaşları ilə birlikdə 2024-cü ilin payızında xarici işlər orqanları rəhbərlərinin görüşünün keçirilməsi imkanlarını araşdırır. Onun sözlərinə görə, Afrika və Rusiya ölkələrinin nümayəndələri Sankt-Peterburq sammitindən sonra görülən işlərin aralıq nəticələrinə yekun vurmalı olacaqlar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki