Kalininqrad vilayətindəki nəzarət-buraxılış məntəqəsində Polşa istiqamətində maşınlar sırası yaranıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Telegram kanalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, Mamonovo-Qrzeçotki keçid məntəqəsində avtomobillər yığılıb. Polisin sürücülərlə söhbət etdiyi, vəziyyətin sakit olduğu qeyd edilir.
Dekabrın 28-də hava şəraiti və keçid məntəqəsinin bağlanması ilə əlaqədar Rusiya Federasiyası ilə Gürcüstan sərhədində böyük tıxac yaranıb.
Dekabrın 23-də Polşa-Rusiya sərhədində xarici dövlət nömrə nişanlı avtomobillərdən ibarət böyük tıxac yaranıb.
Mənbə: gazeta.ru