image-n1karobka_ads
image-123
image-6876a20802e8bd7275792c6abackend

Rutte Hindistan, Çin və Braziliyanı sanksiyalarla hədələyib

image-ad_qayo_720x110px

NATO-nun baş katibi Mark Rutte Hindistan, Çin və Braziliyanı Rusiya ilə ticarəti davam etdirdikləri təqdirdə ikinci dərəcəli sanksiyalarla üzləşə biləcəkləri barədə xəbərdarlıq edib.

Doğru.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Rutte bildirib ki, əgər bu ölkələr Rusiyaya dəstək xarakterli iqtisadi əlaqələrini dayandırmasalar, ciddi iqtisadi nəticələrlə qarşılaşa bilərlər.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp da Rusiya ilə bağlı tarif və sanksiyalar tətbiq etməyə hazır olduğunu açıqlamışdı, lakin hansı tədbirlərin görüləcəyi barədə ətraflı məlumat verməmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki