image-2000x150px
image-123
image-ads_atlas
image-untitled-1backend

Sabiq icra başçısı 4 milyonluq dövlət əmlakını oğluna 220 manata satıb

image-728x90px

DTX tərəfindən həbs edilən sabiq icra başçısı Alimpaşa Məmmədovun əksər cinayətləri oğlunun adına rəsmiləşdirdiyi məlum olub.

Doğru.az xəbər verir ki,  DTX-nın yaydığı rəsmi açıqlamaya görə, A.Məmmədov icra başçısı kimi vəzifəsindən sui-istifadə edərək Şəmkir rayonu Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan “Çinarlı Qəsəbə” MMC-nin bütün paylarını oğlu Adilzadə Adil Alimpaşa oğlu və tabeçiliyində fəaliyyət göstərən digər şəxslərə məxsus “Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə cəmi 40 manata satılmasını təşkil edib.

Həmçinin, Şəmkir şəhər Bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan “Abad Şəmkir” MMC-nin bütün paylarını oğlu Adil Adilzadəyə cəmi 180 manata satılmasını təmin edib.

Bununla da, xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəyib.

Bundan başqa, Alimpaşa Məmmədov mənimsəmə və rüşvət alma yolu ilə əldə etdiyi 832 min manatı oğlu Adil Adilzadənin adına təsis etdiyi “Az Forel” MMC-nin xərclərinə yönəltməklə həmin pul vəsaitlərini leqallaşdırıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki