image-2000x150px
image-123
image-ads_atlas
image-21507_esv1k119m7backend

Şagirdlərdən rüşvət alan direktora həbs qərarı verildi

image-728x90px

Bərdə Peşə Liseyinin direktorunun qanunsuz hərəkətlərinə dair Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

Doğru.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, aparılmış istintaqla liseyin direktoru Şəmil Şükürovun həmin liseyin baş mühasibi Elman Əhmədovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməsi müəyyən edilib.

Məlum olub ki, sözügedən şəxslər liseyə 2019-2020 və 2020-2021-ci tədris illərində ödənişsiz əsaslarla qəbul olunmuş 50 nəfərədək şagirdin faktiki olaraq tədris prosesində iştirak etməməsinə şərait yaradıb, onların adlarının şagirdlər siyahısında saxlanılması və liseydən xaric olunmamaları müqabilində həmin şagirdlərdən plastik təqaüd kartlarını götürüb ümumilikdə 19 min 700 manat pulu nağdlaşdırdıqdan sonra aralarında bölərək rüşvət qismində alıblar.

Şəmil Şükürov və Elman Əhmədova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü (rüşvət alma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilib. Şəmil Şükürov barəsində məhkəmənin qərarı ilə həbs, Elman Əhmədov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki