image-2000x150px
image-123
image-ads_atlas
image-430173backend

Saxta diplomlu müəllimlər də sertifikasiyaya cəlb olunacaqlar – RƏSMİ

image-728x90px

Diplomu dövlət nümunəli olmayan təhsilverənlər də sertifikatlaşdırılma prosesinə cəlb olunacaqlar.

Bu barədə “Trend”in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.

“Müəllimlər üçün bu barədə məhdudiyyət yoxdur. Diplomu dövlət nümunəli olmayan müəllimlər də (saxta diplom) təhsilverənlərin sertifikatlaşdırılması prosesinə cəlb olunacaqlar”, – deyə qeyd edilib.

Xatırladaq ki, bir müddət öncə Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev 15-20 il əvvəl külli miqdarda saxta diplom verən ali məktəblərimizin olduğunu qeyd edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki