image-2000x150px
image-123
image-ads_atlas
image-17176771901166212656_1200x630backend

Şəkidə taxıl biçininə start verilib

image-728x90px

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə arpa biçininə başlanılıb. Rayonun Şorsu, Kiçik Dəhnə, Böyük Dəhnə, Şəkikənd, Cumakənd, Suçma və digər kəndlərin ərazilərindəki təsərrüfatlarda ilk günlər 2768 hektar sahənin arpası biçilib, 7225 ton məhsul tədarük olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 26,1 sentner təşkil edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov məlumat verib.

Qurum rəsmisi bildirib ki, cari mövsümdə rayonda 58 min 236,1 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 24 min 63,7 hektarını buğda, 34 min 172,4 hektarını dən üçün arpa sahələri təşkil edir. Taxıl biçininin mütəşəkkil şəkildə keçirilməsini təmin etmək üçün Şəki Dövlət Aqrar İnkişaf Mərkəzində xüsusi qərargah da yaradılıb, tədbirlər planı təsdiq olunub. Ümumilikdə, biçin kampaniyasına 112 ədəd taxılbiçən kombayn, 90 ədəd küləşpresləyən aqreqat, 334 ədəd şum traktoru, 150-dən çox yük maşını, 100-dək traktor yedəyi və digər texnikalar, həmçinin yanğınsöndürən və su maşınları cəlb olunub.

Kampaniya dövründə ehtiyac yaranarsa, biçini başa çatdırmış rayonlardan 50-dən çox kombaynın dislokasiya olunması da nəzərdə tutulur.

Təsərrüfatlarda buğda biçininə isə iyunun 15-dən sonra başlanılması nəzərdə tutulur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki