image-n1karobka_ads
image-123
image-1724066990503511546_1200x630backend

Şəkidə və Oğuzda mövsümün ilk toxum sərgi-satış yarmarkası təşkil olunub – FOTO

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Şəki və Oğuz rayonlarında mövsümün ilk toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Doğru.az-a bildirilib ki, sərgidə Kənd Təsərrüfatı Nazirliyinin qurumları və digər dövlət müəssisələri, yerli toxum istehsalçıları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, həmçinin kənd təsərrüfatının digər sahələrində ixtisaslaşmış yerli şirkətlər iştirak ediblər.

Toxum sərgi-satış yarmarkasında payızlıq dənli bitkilərin əkini üçün yüksək reproduksiyalı, sertifikatlı toxumlar nümayiş olunub.

Şəki şəhərindəki “ASAN xidmət” mərkəzində və Oğuz rayonunda Olimpiya İdman Kompleksinin ərazisində keçirilən yarmarkalara Şəki-Zaqatala iqtisadi rayonundan olan fermerlər qatılıblar.

Sərgidə dənli (arpa, buğda), tərəvəz bitki sortları və toxumları, kənd təsərrüfatı təyinatlı müxtəlif texnika və aqreqatlar, innovativ suvarma texnologiyaları, alternativ enerji mənbələri, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları və bitki mühafizə vasitələri nümayiş olunub. Toxum sərgi-satış yarmarkası çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi barədə ətraflı məlumat verilib. Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları fermerlərə operativ məsləhət xidməti göstəriblər.

Tədbirdə COP29-un prioritetlərinə uyğun olaraq alternativ enerji qurğuları, ekoloji məhsullar, iqlim dəyişikliyinə davamlı yerli meyvə-tərəvəz toxumları və məhsulları da sərgilənib.

Hər iki rayonda təşkil olunan sərgi və festivallarda fermerlər üçün kredit yarmarkaları da təşkil olunub. Yarmarkalarda 10-a yaxın bank və bank olmayan kredit təşkilatı öz məhsullarını sərgiləyib, fermerlərə güzəştli kreditlərlə bağlı məlumatlar verilib.

Tədbir çərçivəsində fermerlərə “İqlim dəyişiklikləri dövründə kənd təsərrüfatı üçün aqrar sığorta və onun üstünlükləri”, “Zərərli orqanizmlərə qarşı inteqrir mübarizə (İPM) üsulu və tətbiqi”, “Qlobal iqlim dəyişikliyi şəraitində bitki yetişdiriciliyinin əsasları və bitki mühafizə tədbirləri”, “Taxıl bitkilərinin aqrotexniki qulluq qaydaları, düzgün toxum seçilməsi” mövzularında təlimlər keçirilib.

Toxum bazarını və yerli toxumçuluğu inkişaf etdirmək, həmçinin payızlıq əkinlər ərəfəsində fermerlərin sertifikatlaşmış, iqlimə uyğun, keyfiyyətli toxuma əlçatanlığını təmin etmək məqsədilə Aqrar İnnovasiya Mərkəzi tərəfindən Goranboy, Tərtər, Ağsu, Zərdab, Beyləqan, Cəlilabad, Masallı, Neftçala, Qax, Balakən, Şabran rayonlarında da toxum sərgi-satış yarmarkalarının təşkili nəzərdə tutulur.

Qeyd edək ki, toxum sərgi-satış yarmarkaları Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı, Aqrar Xidmətlər Agentliyi, Azərbaycan Toxumçular Assosiasiyası və bir sıra özəl şirkətlərin birgə tərəfdaşlığı ilə keçirilir.

DOĞRU.AZ

image-17240669901797541604_1200x630 image-1724066990994527836_1200x630 image-17240669902620154886_1200x630 image-172406699043796736_1200x630 image-17240669906096551267_1200x630 image-17240669904634741043_1200x630 image-17240669905305634465_1200x630 image-17240669905481215871_1200x630 image-172406699042543924_1200x630 image-1724066990567596707_1200x630 image-17240669902877711717_1200x630 image-17240669903352654754_1200x630 image-17240669908754415_1200x630 image-17240669905278453851_1200x630 image-17240669903016257337_1200x630 image-17240669904086647967_1200x630 image-17240669902973129540_1200x630 image-17240669902455633218_1200x630 image-17240669906137353074_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki