image-2000x150px
image-123
image-ads_atlas
image-gurcu_mektebbackend

Şəkidə zəhərlənmə qeydə alınan məktəbdə tədris bərpa edilib

image-728x90px

Şəki rayonunun Qudula kənd orta məktəbində bir daha əlavə əsaslı təmizlik işləri aparıldıqdan sonra tədris bərpa olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, artıq ötən gündən sözügedən məktəbdə tədris davam edir.

Qeyd edək ki, mayın 23-də günorta saatlarında Şəki rayonunun Qudula kənd tam orta məktəbinin şagird və işçi heyəti arasında allergiya halları qeydə alınmış, 3 müəllim və 24 şagird olmaqla ümumilikdə 27 nəfər TƏBİB-in tabeliyindəki Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi. İlkin araşdırmalara görə, zəhərlənməyə məktəbdə 19 may 2023-cü il tarixində aparılmış dezinfeksiya işi səbəb olmuşdu.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki