image-2000x150px
image-123
image-ads_atlas
image-60be26a5ed3a260be26a5ed3a3162307446960be26a5ed39f60be26a5ed3a0backend

Şəkiyə leysan yağdı, gənc oğlanı sel apardı

image-728x90px

Güclü küləklə müşayiət olunan leysan yağışları Şəkidə bir sıra fəsadlar törədib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində – Balakən, Zaqatala, Qax və Şəki rayonlarında qeyri-sabit hava şəraiti hökm sürüb. Güclü küləklə müşahidə edilən qısamüddətli laysan yağıb. Bölgənin dağ çaylarında suyun səviyyəsi artıb, bir sıra ərazilərdə ağaclar qrılıb.

Qeyri-sabit hava şəraiti Şəkidə – Kiş, Baş Şabalıd, Baş Göynük, Aşağı Göynük kəndlərində daha çox özünü büruzə verib.  

Şəkinin Kiş kəndindən dağlıq əraziyə yaylağa gedən üç nəhər kənd sakini geri qayıdarkən yolda leysana düşüblər. Kənd ərazisindən axan Qurcana çayını atla keçmək istəyən, 25 yaşlı Şamil Azər oğlu Əhmədov atdan yıxılaraq çaya düşüb. Çayda suyun çox olması səbəbindən Ş.Əhmədov suda boğularaq ölüb. Onun meyiti kənd sakinləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

25 yaşlı Ş.Əhmədovun bir müddət əvvəl ailə həyatı qurduğu bildirilir.
Güclü külək və leysan yağışları səbəbindən rayonun Baş Göynük, Aşağı Göynük və Baş Şabalıd kəndlərində bir sıra ərazilərdə irigövdəli ağaclar yıxılıb, xırda suötürücü körpülərə ziyan dəyib. Qaz, elektrik və telefon xətlərinin üstünə ağcların aşması səbəbindən infrastruktura və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib.
Güclü külək rayonun Birinci Biləcik kəndində, kənd sakini Asiman Telman oğlu Bədiyevə məxsus fərdi yaşayış evində dağıntılar qeydə alınıb. İlkin məlumatlara görə, evin tavanı uçub, yan divarları aşıb. Bundan başqa, həyətyanı sahənin hasarı da bir neçə yerdən dağılıb.

Güclü külək və leysan yağışları səbəbindən baş verən fəsadları aradan qaldırmaq istiqamətində və dəymiş ziyanın hesablanması ilə bağlı Şəki rayon fövqaladə hallar komisiyasının əməkdaşları ərazilərə ezam edilib, müvafiq qrumlara məlumat verilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki