image-n1karobka_ads
image-123
image-15-pic_32ratio_900x600-900x600-53508backend

Semak Messi və Ronaldo arasında seçim etdi

image-ad_qayo_720x110px

“Zenit”in baş məşqçisi Sergey Semak Böyük Pyotr Sankt-Peterburq Politexnik Universitetində tələbələrlə görüşündə argentinalı “İnter Mayami”nin hücumçusu Lionel Messi ilə portuqaliyalı “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonu müqayisə edib.

“Messi, yoxsa Ronaldo? Mənim üçün, əlbəttə ki, Messi. Ronaldo qol vurandır, çox gözəl qollar vurur, Messi isə inanılmaz kosmik zəkadır. Messinin edə biləcəyini, Cristiano, yəqin ki, edə bilməz. Amma bunlar yenə də fərqli bürclərdir”, – deyə mütəxəssis bildirib.

Sentyabrın 6-da Messinin 16-cı dəfə “Qızıl top”a namizəd olduğu məlum olub. Ronaldo mötəbər mükafata namizədlər siyahısına daxil edilməyib. Argentinalı karyerası ərzində yeddi Qızıl top mükafatı qazanıb və bu göstəriciyə görə rekordçudur. Ronaldo da öz növbəsində beş dəfə mükafat qazanıb.

Mənbə: Sports.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki