image-2000x150px
image-123
image-ads_atlas
image-semedbackend

Səməd Səmədov vəfat etdi

image-728x90px

Azərbaycanın Xalq artisti Səməd Səmədov vəfat edib.

Doğru.az xəbər verir ki, bu barədə stilist Samiraldo instaqram hesabında paylaşım edib.

“Allah rəhmət eləsin!”, – deyə Samiraldo qeyd edib.

Yaxınlarının verdiyi məlumata görə, 74 yaşlı ifaçı müalicə aldığı xəstəxanada koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, tanınmış estrada müğənnisi Səməd Səmədov 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olub.

1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçüb.

1988-ci ildən toylarda çıxış edən Səməd Səmədov əhali arasında “Toylar Kralı” kimi tanınırdı.

2011-ci ildə “Xalq artisti” fəxri adına layiq görülüb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki