image-2000x150px
image-123
image-ads_atlas
image-1603692678_9e42d-1602838360backend

Şəmkirdə odlu silahla qətl: 83 yaşlı kişi qətlə yetirildi, oğlanları qatilin evini basdılar — Dəhşətli cinayətin təfərrüatı

image-728x90px

Şəmkir rayonunda 83 yaşlı kişini qətlə yetirməkdə ittiham olunan 1947-ci il təvəllüdlü Hüseyn Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Hüseyn Rüstəmov 25 oktyabr 2020-ci ildə, saat 16 radələrində sərxoş vəziyyətdə Şəmkir rayonunun İrmaşlı kəndində İsa Mustafayev və onun oğlu Tacir Mustafayevlə şəxsi münasibətlər zəminində aralarında mübahisə yaranıb.

Mübahisə zamanı İsa Mustafayev onu təhqir etməsindən əsəbiləşəm Hüseyn Rüstəmov qisas almaq niyyəti ilə onu öldürmək qərarına gəlib.

Bu məqsədlə Hüseyn Rüstəmov yaşadığı evdən olan ov tüfəngini götürüb və atəş açması nəticəsində İsa Mustafayevi güllələyib. O, aldığı xəsarətdən ölüb.

İstintaq orqanı tərəfindən Hüseyn Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan  edilib.

Hüseyn Rüstəmovun cinayət işi araşdırılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Xəqani Səmədovun icraatına verilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Hüseyn Rüstəmov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, hadisə baş verən tarixə kimi ailə üzvləri ilə birlikdə Şəmkir rayonunun İrmaşlı kəndində yaşayıb: “Kənd sakini İsa rəhmətlik atam Novruzun süd qardaşıdır. Bizim münasibətlərimiz həmişə normal olub. Hadisəyə qədər aralarında hər hansı narazılıq, mübahisə, ədavət və ya düşmənçilik olmayıb”.

Hüseyn Rüstəmov qeyd edib ki, oktyabrın 25-də yaşadığı evdə yemək yeyib, spirtli içki olan araq içib: “Həmin gün saat 16 radələrində evdə olarkən İsanın azyaşlı nəvələri evimin dəmir hasarına daş atdılar. Bayıra çıxan kimi İsa Mustafayevin azyaşlı nəvələri məni görərək qaçdılar. Bundan qəzəblənərək uşaqları danladım və həmin an yoldan keçən Tacirə öz uşaqlarına tərbiyə verməsini dedim. Bundan sonra Tacir uşaqlarını danlamağa başladı. Buna baxmayaraq uşaqlar qapıma daş atdıqlarını boyunlarına almadılar. Buna görə Tacir yanıma qayıdaraq nahaq yerə uşaqlara söyüş söydüyümü dedi. Tacirə hansı tərbiyəsizin qapıma daş atdığını soruşdum. Tacir nalayiq ifadələrlə məni təhqir etdi. Tacirə oğlum yaşında olduğunu dedim, söyüş söydüyünə görə ona irad bildirdim. Bu zaman İsa yaşadığı evin önünə çıxaraq nalayiq ifadələrlə məni ağır təhqir etdi. İsa Mustafayevə irad tutaraq düz danışmadığını dedim. İsa isə yenidən məni ölümə, dirimə söydü. Buna görə əsəbləşdim. Sonradan Tacir və qardaşı Zamin gözləmədiyim anda üzərimə gələrək məni yerə yıxdılar, yumruqla və təpiklə döyməyə başladılar. Təxminən 2-3 dəqiqə ərzində onlar tərəfindən döyüldüm. Arvadı Ülkər onları birtəhər məndən araladı”.

Hüseyn Rüstəmov qeyd edib ki, bundan sonra o, evə qayıdıb və yataq otağındakı çarpayının altında olan qoşalüləli ov tüfəngini çıxarıb, bir ədəd patronu silahın yuvasına yerləşdirib: “Bundan əlavə üç ədəd patronu pencəyimin cibinə qoydum. Pilləkənlə aşağı düşərək həyətdəki şam ağacının yanında Tacir ilə Zamini qorxutmaq məqsədilə qoşalüləli ov tüfəngini əlimə alaraq lüləsini göyə tutaraq atəş açmaq istədim. Bu zaman arvadım Ülkər tüfəngin lüləsini tutaraq aşağı çəkdiyindən barmağım tətikdə olduğuna görə tüfəngdən bir dəfə atəş açıldı. Həmin vaxt atəşin havaya açıldığını düşündüm. Tüfəngin patronunda olan qırmalar hasarın üstündən keçdi. Bundan sonra Tacir, Zamin, Eldar və Əfsaləddin üzərimə gələrək məni tutdular, yerə yıxandan sonra sürütləyərək yola çıxartdılar. Qoşalüləli ov tüfəngini məcburi şəkildə əlimdən aldılar, məni döyüb, xəsarət yetirdilər. Daha sonra onlar məndən əl çəkdilər. Birazdan hadisə yerinə polis əməkdaşları gəldilər. Olanlar barədə onlara danışdım. Polis əməkdaşlarının müşayiəti ilə polis şöbəsinə gətirilən zaman tüfəngin patronunda olan qırmaların İsa Mustafayevə dəydiyini və onun öldüyünü bildim”.

Hüseyn Rüstəmov qeyd edib ki, tüfəngi götürməkdə məqsədi Tacirlə Zamini qorxutmaq olub. O, bildirib ki, İsa Mustafayevi öldürmək məqsədi olmayıb, ona məqsədyönlü şəkildə atəş açmayıb, atəş açılan vaxt yaxınlıqda heç kimi, o cümlədən İsa Mustafayevi görməyib.

Hüseyn Rüstəmov daha sonra bildirib ki, hadisə zamanı istifadə etdiyi qoşalüləli ov tüfəngi özünə məxsus olub, tüfəngi təxminən 30 il əvvəl Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən bazada meyvə-tərəvəz alveri ilə məşğul olarkən xatırlamadığı rus əsilli şəxsdən alıb.

Məhkəmənin hökmü ilə Hüseyn Rüstəmov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki