image-2000x150px
image-123
image-ads_atlas
image-ap_19268585608730-pic905-895x505-89772backend

SEPAH İranda son terror hücumlarına cavab olaraq Ərbildəki hədəflərə hücum etdiyini bildirib

image-728x90px

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranda son terror aktlarına cavab olaraq İraq Kürdüstanının inzibati mərkəzi Ərbilə vurulan zərbələrə görə məsuliyyəti öz üzərinə götürüb.

Bu barədə Tasnim News xəbər verir.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) açıqladığı kimi, İranda baş verən son terror aktlarına cavab olaraq, Ərbildə yerləşən bir neçə terrorçu hədəfə hücum edilib.

Daha əvvəl bildirilmişdi ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraq Kürdüstanının paytaxtı Ərbildə ABŞ konsulluğunun yaxınlığında yerləşən Amerika hərbi bazası və hava limanına birgə zərbə endirib. Tehran bildirib ki, zərbələr ballistik raketlər və pilotsuz uçuş aparatları ilə “anti-İran terror qüvvələrinin” “casus qərargahı” və cəmləşdiyi ərazilərə endirilib.

Mənbə: Sputnik

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki