image-n1karobka_ads
image-123
image-17250315492596920041_1200x630backend

ŞKTC mətbuatı: Prezident İlham Əliyev Türk Kiprinə davamlı dəstək göstərildiyini bildirib – FOTO

image-ad_qayo_720x110px

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) aparıcı telekanalları, xəbər agentlikləri, qəzetləri və xəbər saytları Azərbaycan Prezidenti İlham Əliyevin Türk Kiprinə dəstəklə bağlı sözlərini geniş işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, ŞKTC-nin media strukturları Azərbaycan liderinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə parlamentinin nümayəndə heyəti ilə görüşdə səsləndirdiyi mövqeyini oxuculara çatdırıb.

Prezident İlham Əliyevin Azərbaycanın ŞKTC-yə göstərdiyi davamlı dəstək, o cümlədən Lefkoşanın Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə iştirakının əhəmiyyəti barədə söylədiyi fikirlərə diqqət çəkilib.

Azərbaycan dövlətinin başçısının İrəvan tərəfindən sülh prosesinin qəsdən ləngidilməsi barədə sözləri sitat gətirilir, bir sıra Qərb institutlarının qərəzli mövqeyi və ayrı-ayrı ölkələr, xüsusən də Fransa tərəfindən Ermənistanın silahlandırılmasının yolverilməzliyi diqqətə çatdırılır.

DOĞRU.AZ

image-17250315494584360468_1200x630 image-17250315492532132027_1200x630 image-17250315496431834161_1200x630 image-1725031549501223211_1200x630 image-17250315491442952082_1200x630 image-17250315491125512030_1200x630 image-172503154953787737_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki