Slovakiyada hökumət əleyhinə kütləvi aksiyalar keçirilib.
Bu barədə “TV Markiza” məlumat yayıb.
Telekanalın məlumatına görə, mitinqlərdə minlərlə insan iştirak edib. Onlar Nazirlər Kabinetinin Xüsusi Prokurorluğun ləğvi ilə bağlı qərarının əleyhinə, habelə 2024-cü ildə dövlət büdcəsinə qənaətlə bağlı hökumət tədbirlərinin qüvvəyə minməsinə qarşı çıxıblar. Etirazçıların fikrincə, bu cür qərarlar ölkədə həyat səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər.
Qeyd olunur ki, ən böyük etiraz aksiyası Bratislavada keçirilib. Etirazçılar Slovakiya Milli üsyan meydanına toplaşıblar. Koşitsedə 2 mindən çox, Banska Bistricada isə 1 minə yaxın insan etiraz aksiyasına toplaşıb.
Mənbə: A Haber