image-ads_n1karobka_mobile
image-69c6e9f2ae5ac949dc30ad22backend

ŞOK iddia: Hərbi xidmət yaşı 12-yə endirildi

image-add-a-heading

İranda hərbi xidmətə çağırış üçün minimum yaşın 12-yə endirildiyi iddia olunur.

Doğru.az xəbər verir ki, bu barədə “Al Arabia” məlumat yayıb.

Bildirilib ki, rəsmi açıqlamada orduya dəstək məqsədilə könüllülər üçün yaş həddinin 12 yaş olaraq müəyyən edildiyi və yeniyetmələrin qoşulmağa təşviq olunduğu qeyd edilib. Qərarın “qoşulmaq istəyənlərin yaşını nəzərə alaraq” verildiyi iddia olunur.

Məlumata görə, yeniyetmələr patrul xidmətində iştirak edə, həmçinin nəzarət-buraxılış məntəqələrində müxtəlif tapşırıqları yerinə yetirə bilərlər. Husilərin isə daha əvvəl İran tərəfində döyüşməyə hazır olduqlarını bildirdiyi xatırladılır.

ABŞ prezidentinin nümayəndəsi Stiv Vitkoff Vaşinqtonun 15 maddəlik planla bağlı İrandan cavab gözlədiyini açıqlayıb.

DOĞRU.AZ 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki