image-ads_n1karobka_mobile
image-69c311a8ae5ac90f0f15d652backend

SON DƏQİQƏ: ABŞ İrana 3000 əsgər göndərməyi planlaşdırır

image-add-a-heading

“The Wall Street Journal” qəzetinin ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, Pentaqon İrana qarşı əməliyyatları dəstəkləmək üçün ABŞ ordusunun elit 82-ci Hava-Desant Diviziyasından təxminən 3000 əsgəri Yaxın Şərqə göndərməyi planlaşdırır. Nəşr bildirir ki, “yaxın saatlarda köçürmə üçün yazılı əmr gözlənilir”.

Doğru.az xəbər verir ki, ABŞ qoşunlarının İran ərazisinə yerləşdirilməsi ilə bağlı yekun qərar hələ verilməyib. CBS News isə əvvəlcə Pentaqon rəsmilərinin ABŞ quru qüvvələrinin İrana yerləşdirilməsi üçün ətraflı hazırlıqlar apardığını xəbər verib.

Eyni zamanda, İsrailin “The Jerusalem Post” qəzeti ABŞ-ın İranın Xarq adasını ələ keçirmək üçün quru əməliyyatı keçirmə ehtimalını nəzərdən keçirdiyini yazıb.

Bu fonad İranın Müdafiə Şurası bildirib ki, ABŞ ölkənin sahillərində və ya adalarında quru əməliyyatına başlayarsa, İslam Respublikası Fars körfəzindəki bütün dəniz yollarını minalamaq niyyətindədir.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki