image-n1karobka_ads
image-123
image-5367637backend

SON DƏQİQƏ! Gecə Qarabağda nə baş verib? – MÜDAFİƏ NAZİRLİYİ AÇIQLAMA YAYDI

Martın 10-u gecədən səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Ağdam rayonunun Çuxurməhlə, Qurdlar, Xıdırlı, Qaradağlı və Qasımlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərimizi müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə  Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunan istiqamətlərdə təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki