Cümə günü, dekabrın 22-də Fransa, nəhayət, Nigerdən son hərbi kontingentini çıxarır.
Nigerdə hakimiyyəti ələ keçirən üsyançılar Fransa ilə bütün razılaşmaları pozduqdan sonra qoşunların rəsmi çıxarılması oktyabr ayında başlayıb – Tillaberi bölgəsinin Oualam şəhərindəki hərbi düşərgə Niger ordusunun nəzarətinə keçib. Bu düşərgə Nigerin Mali ilə sərhədinin strateji əhəmiyyətli hissəsini əhatə edirdi.
Dekabrın 13-nə olan məlumata görə, Nigerdə cəmi 157 Fransız əsgəri qalıb və Niger Silahlı Qüvvələri dekabrın 22-ni fransız əsgərlərinin ölkədə qalması üçün son gün kimi rəsmi olaraq elan edib.
Mənbə: A Haber

























