image-2000x150px
image-123
image-ads_atlas
image-black-tea-with-dry-tea-teapot-wooden-surface-pic_32ratio_900x600-900x600-97357backend

Şri-Lanka İran neftinin pulunu çayla ödəyib

image-728x90px

Şri-Lanka İrana tədarük etdiyi neftə görə ödəməyin qeyri-adi üsulunu tapıb.

Bu ölkə Tehrana olan 251 milyon dollar borcunu ödəmək üçün barter müqaviləsi əsasında 20 milyon dollar dəyərində çay ixrac edib.

Razılaşma hələ 2021-ci ildə əldə edilib, lakin onu həyata keçirmək yalnız indi mümkün olub. Məsələ burasındadır ki, İranla razılaşmalardan az sonra Şri-Lankada iqtisadi böhran başlayıb və nəticədə ölkə prezidenti Qotabaya Racapaksa istefa verib.

Bu cür barter İran üçün faydalıdır, çünki ölkə Tehrana qarşı çoxsaylı sanksiyalara görə iqtisadiyyata daxil olmaq çətin olan çay idxalına xarici valyuta xərcləməli olmayacaq.

Mənbə: Gazeta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki