Donald Tramp ABŞ prezidenti seçilsə belə, ABŞ Şimali Atlantika Müqaviləsi Təşkilatından (NATO) çıxmayacaq.
“Politico” xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“Mən əminəm ki, Birləşmiş Ştatlar sadiq müttəfiqi olaraq qalacaq. “NATO ABŞ-ın müdafiə satışı üçün bazar yaradır… Arizonadan Virciniyaya, Florida ştatından Vaşinqton ştatına qədər Amerikanın iş yerləri ABŞ-ın Avropa və Kanadanın müdafiə bazarlarına satışından asılıdır”, – Stoltenberq bildirib.
Yanvarın 28-də Tramp NATO-nun ABŞ-ı qorumaq istəyinə inanmadığını bildirib.
Mənbə: A Haber