image-n1karobka_ads
image-123
image-img-20240630-wa0024backend

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri məlum olub – FOTO

image-ad_qayo_720x110px

Stolüstü tennis üzrə ölkə birinciliyinə yekun vurulub.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Doğru.az-a verilən məlumata görə, Quba Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 2012-ci il və daha kiçik təvəllüdlü idmançılar bacarıqlarını göstəriblər. Üç gün davam edən yarışda paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Salyan, Şirvan, Quba, Qobustan, Şamaxı, Şabran, Qax və Şəkidən ümumilikdə 100-dən artıq stolüstü tennisçi qələbə uğrunda mübarizə aparıb.

Nəticələrə əsasən, şəxsi yarışlarda Xədicə Babazadə ilə Vaqif Babayev ölkə çempionu olub. Qoşa mübarizədən Sofiya Trofimenko – Xədicə Babazadə tandemi ilə Vaqif Babayev – Zərbah Muradov cütü qalib ayrılıb.

Qarışıq qoşa növündə isə Vaqif Babayevlə Xədicə Babazadə bütün rəqiblərinə qalib gəliblər.

Fəxri kürsüyə qalxan idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunub.

DOĞRU.AZimage-img-20240630-wa0025

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki