image-ads_n1karobka_mobile
image-ap23287382068089-pic_32ratio_1200x800-1200x800-93058backend

Suriya İsrailin Dəməşq ətrafına hava hücumu təşkil etdiyini açıqlayıb

Suriya Müdafiə Nazirliyinin məlumatına görə, İsrail ordusu Dəməşqin kənarında hava hücumu həyata keçirib. Bəyanat departamentin saytında dərc olunub.

“İsrail düşməni işğal altında olan Suriyanın Qolan təpələrindən hava hücumu həyata keçirib”, – Suriya Müdafiə Nazirliyi bildirib.

Departament qeyd edib ki, Dəməşq ətrafındakı mövqelərə zərbələr yanvarın 2-də, təxminən, 4:35-də səhərə yaxın həyata keçirilib. Nazirliyin məlumatına görə, hücum nəticəsində maddi ziyan dəyib.

Mənbə: A Haber


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki