Şuşa rayonu ərazisində baş verən dəhşətli qəzada beş nəfər həyatını itirib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Daşaltı kəndi ərazisində aşaraq yanan “Nissan Navara” markalı avtomobildə olan şəxslər “Mikro Tunel Tikinti” MMC-nin əməkdaşları olublar. Hadisə gecə saatlarında onlar tikinti sahəsindən qayıdarkən baş verib.
DOĞRU.AZ