image-n1karobka_ads
image-123
image-plane-passing-by-sun-cloudy-day-pic_32ratio_900x600-900x600-21672backend

Tailanddan Moskvaya uçuş bir gündən çox gecikib

Dörd yüz sərnişinin olduğu Tailanddan Moskvaya uçan təyyarə bir gündən çox gecikib.

Bu barədə Mash Telegram kanalı məlumat yayıb.

Telegram kanalının məlumatına görə, reysin gecikməsinə səbəb Boeing 777-300ER-in nasazlığı olub.

“Sərnişinlər Boeing 777-300ER üçün lazım olan ehtiyat hissələrini gətirmək üçün Moskvadan təyyarəni gözləyirlər. Phuket hava limanındakı insanlar artıq rəhbərlərinə və müəllimlərinə yazmağa başlayıblar ki, sabah iş/dərs gününün başlaması üçün vaxtında gələ bilməyəcəklər”.

Mənbə: Gazeta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki