Fevralın əvvəlində Rusiya prezidenti Vladimir Putindən müsahibə alan amerikalı jurnalist Taker Karlson Rusiyanı Aleksey Navalnının ölümündə “əli” hesab edənləri axmaq adlandırıb.
Onun sözlərini Blaze internet nəşri sitat gətirir.
“Onlar axmaqdır. Onlar həqiqətən heç nə bilmirlər”, – Karlson bildirib.
Onun sözlərinə görə, söhbət Ukraynanın Rusiyanı məğlub edəcəyini iddia edən “o insanlardan” gedir. Jurnalist qeyd edib ki, Ukrayna ilə müqayisədə Rusiyanın 100 milyon əhalisi var və sənaye potensialı xeyli güclüdür.
Mənbə: gazeta.ru