image-2000x150px
image-123
image-ads_atlas
image-4-pic_32ratio_1200x800-1200x800-57543backend

Tanınmış insayder Messinin Barselonaya getmə ehtimalını dəyərləndirib

image-728x90px

Tanınmış insayder Fabrizio Romano argentinalı hücumçu Lionel Messinin qış transfer pəncərəsində “İnter Mayami”dən ayrılacağı ilə bağlı məlumatı olmadığını bildirib. 

“O, bütün diqqətini “İnter”ə cəmləyib və hazırda danışacaq başqa bir şey yoxdur. Təbii ki, böyük bir ad ətrafında çoxlu fərziyyələr var və vəziyyətin dəyişə biləcəyi aydındır, lakin “Barselona” və ya hər hansı digər klubla bağlı indiki söz-söhbətlərdə zərrə qədər də həqiqət yoxdur”, – Romano bildirib.

Oktyabrın 8-də “İnter Mayami” MLS-in adi mövsümünün matçında “Cincinnati”yə uduzdu və turnir cədvəlinin sondan əvvəlki pilləsində qalaraq, turnirin pley-off mərhələsinə çıxmaq şanslarını itirdi.

Mənbə: NTV Spor

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki