image-2000x150px
image-123
image-ads_atlas
image-bppbdem3xrkpwc2xlsj4fr59pf5c0xk9jikljat8_640backend

Taxıl ehtiyatımız nə qədərdir? – VİDEO

image-728x90px

Çörək bol olarsa, basılmaz vətən. Sovet dövründən qalan şüardır. Amma həqiqiliyi bütün zamanları əhatə edir.

Rusiya-Ukrayna müharibəsində olduğu kimi bu gün dünyada gedən savaşlarda biri digərini çörəklə imtahana çəkir.

Taxılın Ukrayna limanlarında ilişib qalması dünya üçün ərzaq təhlükəsi yaratmışdı. Bu səbəbdən, xüsusilə indi taxıl ehtiyatlarının yığılması hər bir ölkənin strateji planıdır.

Bəs Azərbaycanın taxıl ehtiyatları nə qədərdir? Bu ehtiyatlar necə yığılır, necə saxlanılır?

Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini Zaur Ələkbərov bildirib ki, hazırda ölkəmizdə beş aylıq istehlakı qarşılamaq üçün ərzaqlıq buğda həcmi saxlanılır. Buğdanın saxlama müddəti 24 ayadəkdir daha sonra isə mütəmadi olaraq yenilənir.

Mövzu ilə bağlı “İTV Xəbər Yekun” süjet hazırlayıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki