image-2000x150px
image-maska-ehalibackend

 Tədris ili başlayanda yoluxmalar da…

image-728x90px

Yeni tədris ilinin başlanması ilə koronavirusa yoluxma sayı arta bilər.

Bunu infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.

Onun sözlərinə görə, yoluxma halları əsasən orta məktəblərdə və universitetlərdə ola bilər.

“Yoluxma hallarını artıra biləcək əsas səbəblər insanların bir yerdə toplaşması və mövsümə uyğun olaraq siniflərin az havalandırılmasıdır. Ancaq bu dəfə yoluxma halında güclü artım baş verməyəcək. Müşahidələrimizdən görürük ki, əvvəlki yoluxma dalğası sürətli gedirdi. Lakin son aylar dinamika aşağıdır. Bu da insanların çoxunun virusa yoluxub sağalması və peyvənd olunması ilə bağlıdır. Əhalidə kütləvi immunitet formalaşıb. Bu səbəbdən payız fəslində kütləvi və sürətli yoluxma gözlənilmir”, – deyə infeksionist bildirib.

Qeyd edək ki, dünənə olan məlumata görə, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 266 yeni yoluxma faktı qeydə alınıb, 459 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki