image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2022-12-20t194403-142backend

“Təhsil TV”yə platforma yayımçısı lisenziyası verildi

image-728x90px

Audiovizual Şuranın bu gün keçirilən növbəti iclasında platforma yayımçısı lisenziyasının alınması məqsədilə “Təhsil TV” MMC tərəfindən Şuraya daxil olmuş müraciətə baxılıb, lisenziyanın verilməsi təmin olunub.

Müzakirələrdən sonra “Təhsil TV” MMC-yə (televiziya redaksiyasının adı: “Təhsil TV”) peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının verilməsi barədə qərar qəbul edilib.

İclasda, həmçinin ümumölkə yerüstü radio yayımçısı olan “NHR” MMC-nin “Yurd FM” radio redaksiyasının proqramlarının yayım zonasının genişləndirilməsi məqsədilə Daşkəsən rayonu ərazisində yerləşən “Daşkəsən” RTYS-dan 96,9 MHs, Lerik rayonu ərazisində yerləşən “Lerik” RTYS-dan 94,7 MHs, Astara rayonu ərazisində yerləşən “Astara” RTYS-dan 97,5 MHs radiotezliklərinin “NHR” MMC-nin istifadəsinə verilməsi barədə qərar qəbul olunub.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki