image-2000x150px
image-123
image-ads_atlas
image-223244_sx1joq9lvzbackend

“Telekanallar hər şeyi hörmətsiz etdi” – Rasim Balayev

image-728x90px

“İlk dəfə televiziyaya çıxanda məni 9 adam yoxladı. Sən demə ,burada xüsusi şöbə var imiş. Ailəmlə maraqlanıb ki, onu efirə buraxmaq olarmı. Amma bu gün efirə elə adamlar çıxır ki, onların söz deməyə mənəvi haqqı yoxdur”.

Doğru.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Rasim Balayev “Space TV”də yayımlanan “Açıq söhbət” verilişində deyib. Aktyor hazırda yayımlanan verilişlərdən gileylənib. O bildirib ki, efirlərə getməməsinin səbəbi dəvət olunan qonaqlardır:

“Adam var bir iş görüb, iki mahnı oxuyub, deyir məndən yoxdur. Sənətdəyəm… Deyirəm, sənətin qapısına əl vur, sonra. Sənətdən sənətə aidiyyatı olmayan adamlar danışır. Efirə yeni filmlərin premyerası ilə çıxırlar. Bu gün heç nəyə çəkilmirəmsə, niyə çıxım? Mənə nə haqda sual verəcəklər? Efirlərə elə adamlar gedir ki, orada, həmin kanala getmək istəmirəm. Hər şeyi hörmətsiz ediblər. Bəzi verilişlərə hirslənmək üçün baxıram. Əsəbiləşirəm, tez keçirdirəm, baxıram futbola, nostalji rus, xarici filmlərə… Onlardan aktyor oyunları öyrənirəm”.

R.Balayev saçını rəngləyən kişi sənətçilərə irad bildirib:

“Adam var fikir edir ki, saçım ağarır. Gedib saçını qaraldır. Allah məsləhət bilsəydi, saçı bir rəng edərdi. Qadınlar saç rəngləyir, amma kişilər mənə çatmır. Soruşuram ki, niyə saçını qaraldırsan? Deyir, səhnə adamıyam. Qardaş, Allah məsləhət bilsəydi səni bir rənglə yola salardı. Çoxu da həcidir. Əvvəl tüksüz olursan, sonra tük çıxır, tünd olur, sonra saça dən düşür. Allaha qarşı çıxırsınız?”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki