image-2000x150px
image-123
image-ads_atlas
image-2024-02-10t205133z_1791166086_rc2vz5aw954i_rtrmadp_3_usa-election-trump-pic_32ratio_900x600-900x600-90797backend

The New York Times: Trampın prezidentliyə namizəd kimi irəli sürülməsini faciə adlandırıb

image-728x90px

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Respublikaçılar Partiyasının namizədi kimi irəli sürülməsi bütün ölkə üçün faciədir.

Bu fikir “The New York Times” qəzetinin praymeriz nəticələrinə dair məqaləsində səsləndirilib.

Onlar qeyd ediblər ki, ilkin seçkilərin nəticələrinin açıqlanmasından sonra Tramp Respublikaçılar Partiyasından prezidentliyə namizəd kimi irəli sürülmək üçün lazım olan 1215 nümayəndə həddi yaxınlaşıb.

“Bu, Respublikaçılar Partiyası və onun xidmət etməyə çağırdığı ölkə üçün faciədir”, – nəşr yazır.

Məqalə müəllifləri Trampın üçüncü dəfə prezident seçkilərində Respublikaçılar Partiyasını təmsil edəcəyinə şübhə etmirlər. Eyni zamanda, partiyanın onun üçün yalnız ambisiyalarını həyata keçirmək üçün bir vasitə kimi çıxış etdiyinə əminliklərini ifadə edirlər.

Məqalədə qeyd edilir ki, Respublikaçılar Partiyası Trampın namizədliyini irəli sürməklə öz öhdəliklərini, prinsiplərini və vətənpərvərliyini güzəştə gedib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki