image-2000x150px
image-123
image-ads_atlas
image-1717566981179523414_1200x630backend

Toxumluq taxıl sahələrinin aprobasiyasına başlanılıb – FOTO

image-728x90px

Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilib və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən davamlı olaraq zəruri tədbirlər görülür.

Doğru.az xəbər verir ki, bu məqsədlə cari ilin may ayının sonlarından Aqrar Xidmətlər Agentliyinin müvafiq əmrinə əsasən, özəl və dövlət toxumçuluq təsərrüfatlarında Dövlət Reyestrində qeydiyyata alınmış taxıl sortlarının əkin sahələrinin aprobasiyasına (toxumluq əkinlərin

sorttəmizliyi, xəstəlik və zərərvericilərə yoluxması, alaqlanma dərəcəsi və s.) başlanılıb. Belə ki, ətraf rayonların nümayəndələri də daxil olmaqla, respublikanın müxtəlif bölgələrində aprobatorların aprobasiya prosesi üzrə nəzəri biliklərinin möhkəmləndirilməsi, habelə şəffaflığın təmin edilməsi və keyfiyyətin artırılması məqsədilə “Toxumluq taxıl sahələrində aprobasiyanın aparılma qaydaları” mövzusunda təlim keçirilib.

Sonda təlimə cəlb olunan mütəxəssislər metodiki təlimatlarla təmin olunublar.

Aprobatorlar tərəfindən sahələrin aprobasiyası zamanı sort təmizliyi, əkinlərin alaqlanma, xəstəliklərə yoluxma və zərərvericilərlə sirayətlənmə dərəcəsi təyin edilir, aprobasiya sənədləri tərtib olunur. Müvafiq standartların tələblərinə cavab verməyən sahələr çıxdaş edilir. Bu günədək 933 hektar toxumluq taxıl sahəsində aprobasiya aparılıb. Hazırda toxumluq taxıl əkin sahələrinin aprobasiyası davam etdirilir.

Qeyd edək ki, tarla aprobasiyasının aparılmasında məqsəd toxumların sortluq və səpin keyfiyyətlərinin dövlət standartlarına uyğunluğunu yoxlamaq və fermerləri keyfiyyətli toxumlarla təmin etməkdir.

DOĞRU.AZ

image-17175669815665440452_1200x630 image-1717566981959017326_1200x630 image-1717566981649491182_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki