ABŞ prezidenti Donald Tramp lazım gələrsə, ABŞ ilə İran arasında mümkün danışıqlarda birbaşa iştirak etməyə hazır olduğunu bəyan edib.
Doğru.az xəbər verir ki, Vaşinqtondan kənarda yerləşən Endryus Hərbi Hava Qüvvələri bazasında jurnalistlərin suallarını cavablandıran Tramp Tehranın danışıqlara meyilli olduğunu bildirib.
“Mən bilirəm ki, onlar görüşmək istəyirlər. Lazım gələrsə, bunu edəcəm”, – deyə o, TASS agentliyinə istinadən qeyd edib.
Tramp çıxışında ABŞ-ın İran üzrə xüsusi elçisi Stiv Vitkoffun danışıqlarda fəal iştirak etdiyini və onun fəaliyyətini “fantastik” adlandırdığını da bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin və Donald Tramp arasında telefon danışığı baş tutub. Söhbət zamanı tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
DOĞRU.AZ